İsa Qəmbər isveçli deputatlarla görüşdü

22 May 2013 13:03 (UTC+04:00)
İsveçdə işgüzar səfərdə olan Müsavat Partiyasının başqanı İsa Qəmbər və partiyanın icra aparatının rəhbəri Arif Hacılının İsveç parlamentində iqtidar və müxalifət partiyalarının nümayəndələri ilə geniş tərkibdə görüşü olub.

Görüşdə iştirak edən Rahim Sadıqbəylinin "musavat.com"a verdiyi məlumata görə, Müsavat başqanı parlamenterilər qarşısında Azərbaycanın bugünkü durum haqqında məruzə ilə çıxış edib.

Qeyd edək ki, mayın 21-i Müsavat Partiyasının başqanı İsa Qəmbər və Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Arif Hacılı İsveçə yola düşüb. Müsavat təmsilçilərinin səfər çərçivəsində bir sıra önəmli görüşləri planlaşdırılıb. İsveç səfərindən sonra Müsavat başqanı Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik yubileyi münasibətilə Türkiyədə təşkil olunan tədbirlərə qatılacaq. Səfər proqramı mayın 26-sı tamamlanacaq.

AzNews.az