Misir Mərdanov: YAP namizədliyimi irəli sürərsə, prosesə qoşularam

4 Dekabr 2019 12:48 (UTC+04:00)

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədlər arasında sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun da adı çəkilir.

M.Mərdanov yayılan iddia ilə bağlı deputatlıq arzusunu gizlətməyib.

“Mənsub olduğum Yeni Azərbaycan Partiyası (YAP) namizədliyimi irəli sürərsə, prosesə qoşularam. Ancaq bu barədə danışmaq hələ tezdir. Cənab Prezident Konstitusiya Məhkəməsinə növbədənkənar parlamentin keçirilməsi ilə bağlı sorğu göndərib.

Konstitusiya Məhkəməsinin qərarından sonra bu məsələlərə baxılacaq”, - o bildirib. (Unikal.org)

AzNews.az