İnam Kərimova yeni vəzifə verildi

4 Dekabr 2019 14:47 (UTC+04:00)

Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sədri seçilib.

Bununla bağlı İƏT kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən 6-cı iclası zamanı qərar qəbul edilib.

Bundan başqa, iclas zamanı Kənd təsərrüfatı ilə bağlı Bakı bəyannaməsi və İƏT kənd təsərrüfatı nazirlərinin 6-cı iclasının hesabatı qəbul edilib.

AzNews.az