Müğənni Mina Hüseynli ARB TV-də yayımlanan Shows News verilişinə maraqlı açıqlamalar verib.
AzNews.az xəbər verir ki, müğənni şou-biznesdə özünə heç kimi rəqib görmədiyini açıqlayıb. Lakin müğənni bəyəndiyi ifaçıların adlarını sadalayıb:
"Səmra, Dilarə Kazımova və Aysunu çox bəyənirəm. Ən çox da Natavan Həbibiyə, Dilarə Kazımovaya, Röyaya qulaq asıram".
O, şou aləmində dəyişmək istədiyi şeyləri də açıblayıb:
"Klipləri dəyişərdim. Xarici kliplər kimi, açıq-saçıq, kompleksiz olmasını istərdim".
Aynur
AzNews.az