Xalq artisti Mehriban Əliyeva ilə görüşündən danışdı: "Qoca kişiyəm"

4 Dekabr 2019 16:49 (UTC+04:00)

“Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edirəm”.

Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, tanınmış muğam ifaçısı Əlibaba Məmmədov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onlara qonaq gəlməsindən danışarkən deyib.

Sənətkar 91 yaşının olduğunu qeyd edib:

“Çox sağ olsun, məni sayıb, sənətimə dəyər verib, evimə qonaq gəlib, ailəmlə, səhhətimlə maraqlanıb. 91 yaşım var, qoca kişiyəm. Sağ olsun ki, bu yaşda mənim kimi bir sənətkara qiymət qoyub".

Qeyd edək ki, dekabrın 4-də Birinci vitse-prezident Mehriban xanım Əliyeva Xalq artisti, görkəmli muğam ifaçısı, bəstəkar-xanəndə Əlibaba Məmmədovun evində qonaq olub.

Mehriban Əliyeva xalq artistinin səhhəti ilə maraqlanıb.

Bahar RÜSTƏMLİ

AzNews.az