Bu ilin ən populyar mahnıları açıqlandı

4 Dekabr 2019 21:28 (UTC+04:00)

“Shazam” musiqi axtarış xidməti 2019-cu ildə ən çox axtarılan mahnıların reytinqini açıqlayıb.

Siyahıda birinci yerdə amerikalı müğənni Billi Aylişin “Bad Guy” mahnısı yer alıb.

İkinci yerdə şotlandiyalı müğənni Lyuis Kapaldinin “Someone You Loved” mahnısı, üçüncü yerdə avstraliyalı musiqiçi “Tones and I”ın “Dance Monkey” mahnısı qərarlaşıb.

İlk beşlikdə həmçinin Pedro Kapo və Farrukonun ifasında “Calma” və “Meduza” və “Goodboys” qruplarının “Piece of Your Heart” mahnıları yer alıb.(trend.az)

AzNews.az