Əkrəm Əylisli Nalbandyana necə cavab verdi? - AÇIQLAMA
22 May 2013 13:51 (UTC+04:00)
Məlum olduğu kimi, Böyük Britaniyada səfərdə olan Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Oksford universitetində çıxışında azərbaycanlı yazıçı Əkrəm Əylislidən danışıb. Nazir çıxışında yazıçıya qarşı Azərbaycanda təzyiqlərin olduğunu və o, yaşamaq üçün Azərbaycandan xaricə üz tutduğunu vurğulayıb.
Maraqlıdır, görəsən sabiq xalq yazıçısı düşmən ölkənin xarici işlər nazirinin onu dəstəkləməsi haqda nə düşçünür? Bu suala cavab tapmaq məqsədilə Əkrəm Əylisliylə telefon əlaqəsi yaratdıq. Sabiq xalq yazıçısı AzNews.az-a açıqlamasında erməni nazirinin onun haqqında səsləndirdiyi fikirlərə münasibət belə bildirmək istəmədi:
"Mən daha telefonla müsahibə vermirəm. Yox, əgər siz kefimi soruşmaq üçün zəng etmisinizsə, kefim lap əladır. Yaxşıyam və hər şey də qaydasındadır".
Bahar Rüstəmli
AzNews.az