Moldova hökuməti Bakıdakı səfirini geri çağırdı

5 Dekabr 2019 10:00 (UTC+04:00)

Moldova hökuməti Xarici İşlər Nazirliyinin Baş katibi Yevgeni Revenko tərəfindən təqdim olunan və bir neçə səfirin geri çağırılmasını nəzərdə tutan qətnamə layihələrini təsdiqləyib.

Moldova KİV-nə istinadən xəbər verilir ki, səfirlərin geri çağırıldığı ölkələr arasında Azərbaycan da var.

Belə ki, Movdova hökumətinin qərarı əsasında Respublikanın Azərbaycandakı səfiri Georgi Leuka, eləcə də Portuqaliyadakı səfiri Dumitru Sokolan və Estoniyadakı səfiri İnqa İonese Kişineuya qayıdacaqlar.

KİV-də qeyd olunur ki, G.Leuka və D.Sokolan dövlət katiblərinin funksiyalarını yerinə yetirmək üçün Kişinyova qayıdır. Onların namizədlikləri hökumət iclasında təsdiqlənib. (Report)

AzNews.az