Dəm qazı daha bir tələbənin canını aldı

5 Dekabr 2019 10:36 (UTC+04:00)

Bakıda daha bir tələbə dəm qazından boğulub.

Hadisə dekabrın 4-də baş verib.

Ağsu rayon sakini, 1998-ci il təvəllüdlü Dadaşov Nurlan Akif oğlu Bakıda kirayə yaşadığı evin hamam otağında dəm qazından boğulub.

N.Dadaşovun meyiti otaq yoldaşları tərəfindən aşkar edilib.

Məlumata görə, N.Dadaşov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsidir.

AzNews.az