Rəqsanədən məşhur jurnalistə ağır sözlər: "Son cinayət əməlim sən ola bilərsən"

5 Dekabr 2019 10:52 (UTC+04:00)

Müğənni Rəqsanə İsmayılova jurnalist Ülviyyə Alovlunun onun və qızı Aysun İsmayılovanın ünvanına səsləndirdiyi fikirlərə sərt münasibət bildirib.

AzNews.az xəbər verir ki, müğənni jurnalistə hədə qorxu gəlib:

"Biriləri uzun illərdir mətbuatda yoxdu, fəaliyyət sıfır, bilmir özünü necə gündəmə gətirsin. Yaddan çıxmısan, bilirəm. Amma mən sehirbaz deyiləm, səni heç mən də gündəmə gətirə bilmərəm. Vaxtında səni alan olsaydı, Aysun boyda qızın vardı. Özünü uşağımla reklam edirsən. Bir də ki, Azərbaycanda o qədər peşəkar, savadlı media nümayəndələrimiz var ki, şükür Allaha ehtiyacımız olanda işimizi həvalə edə bilirik. Mən halal, əziyyətlə pul qazanıram, amma kimlərsə havayı pul almaq istəyirdi.

O ki qaldı, yaşadığım villaya, Cenniferin evində olmağa nə lüzum var, başın çıxmayan internet dünyasında yaşayırıq. Xaricdəki jurnalistlər sənin kimi yatmayıb. Dünyaca məşhur birinin evinin dizaynını öyrənmək sən düşündüyündən daha asandır, vallah. Bir də ki, mənə cinayətkar deyirsən, ehtiyatlı ol, son cinayət əməlim sən ola bilərsən" deyə, Rəqsanə İnstagram hesabında yazıb.

Xatırladaq ki, jurnalist və söz yazarı Ülviyyə Alovlu oxu.az-a açıqlamasında Rəqsanə haqqında qalmaqallı fikirlər səsləndirmişdi.

O, “Rəqsanə Moskvada dünya şöhrətli pop ulduz Cennifer Lopezin villasının eynisini özü üçün tikdirir” şərhinə bu cür münasibət bildirib:

“Rəqsanədən fərqli olaraq, şəxsən mən Cennifer Lopezin villasında olmamışam. Rəqsanə CeyLonun evi kimi necə ev tikdirə bilər? CeyLonun evinin qiymətini heç bilirsiniz? Sənətlə müqayisə etsinlər özlərini. Adama deyən lazımdır ki, CeyLonun villasından tikdirirsənsə, bütün Bakı arxanca niyə borca görə ağlayır? Niyə axtarırlar səni?

İradə İbrahimovanın bacısının salonunda işləyən qızın adına Rəqsanə bacısı üçün mağazadan telefon alıb. Hələ də onun pulunu ödəyib qurtarmayıb. Bu xırda-xırda borcları niyə ödəmirsən? Əyninə geyindiyin paltara görə səni məhkəməyə vermişdilər. Əgər yaxşı adamsansa, niyə qaytarmırsan borclarını? Mənə onun vicdan borcu qalıb. Bir Allahı bilər, bir də özü. Adam gərək yalançı olmasın”.

Ü.Alovlu Rəqsanənin müğənni qızı Aysun İsmayılovanın səsinin olmamasını söyləyərək, onu ələ salıb:

“Qızı getsin oxumağı öyrənsin. Notlara düşmür. O qədər pafoslu çıxışlardansa, özünü öldürməkdənsə, musiqi müəllimin yanına getsəydi, daha yaxşı olardı”.

Söz yazarı müğənnilərin fəaliyyətsizliyinə etiraz edərək, ifaçıları özünəməxsus şəkildə kateqoriyalara bölüb:

“Müğənnilərə yalnız mahnı yazıram. Digər fəaliyyət mənə maraqlı deyil. İnkişaf etmək istəyirəm. Perspektivi olan ifaçılar yoxdur. Hamı yatıb. Məlum məsələdir, bizdə prodüser mərkəzləri yoxdur. Bütün müğənnilər öz hesablarına dolanırlar. Son zamanlar toylar da səngidiyi üçün dəbdə də deyillər. Yalnız “A” və “C” kateqoriyada olan müğənnilərə təlabat var (gülür). Ona görə də “B”lər və “B”-dən aşağı olan orta perspektivli gənc ifaçılar gözlərini dikiblər toya. Birincilər yerini tutub bərkidiblər, aşağıdakılar da aşağıda qalıblar. Ortada da heç kim yoxdur. Boşluq var”.

Aynur

AzNews.az