Əbülfəs Qarayev görüş vaxtını açıqladı

5 Dekabr 2019 11:16 (UTC+04:00)

Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla görüş vaxtı açıqlanıb.

AzNews.az xəbər verir ki, dekabrın 17-də saat 11:00-da nazir Saatlı rayon Mədəniyyət Mərkəzində (Saatlı şəhər, Heydər Əliyev prospekti, 127) vətəndaşları qəbul edəcək.

Əbülfəs Qarayev həmin günü həmçinin Sabirabad rayonundan olan vətəndaşlarla da görüş keçirəcək.

Bahar RÜSTƏMLİ

AzNews.az