Restoranlara girərək "ofisiantam" deyib pul aldı - kameralara düşdü

5 Dekabr 2019 11:21 (UTC+04:00)

İstanbulda şadlıq saraylarına dadanan "saxta ofisiant" toy sahiblərindən bəxşiş alaraq onları aldadır. Bir çox restorana girərək eyni üsulla pul yığan həmin şəxs bu dəfə gəlinin atasını aldadıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, fərqli ünvanlarda toy sahiblərindən bu şəkildə yüzlərlə lirə toplayan şəxs həm də restoran işçilərini də çətin vəziyyətdə qoyur. Onun eyni üsulla bir çox restorana girərək pul yığdığı məlum olub.

"Saxta ofisiant"ın gəlinin atasından bəxşiş adı ilə pul alması restoranın təhlükəsizlik kameralarına düşüb.

Görüntülərdə "ofisiantam" deyərək gəlinin atasını çölə çıxaran şəxs atadan 250 lirə bəxşiş alıb.

Səidə Vahid

AzNews.az