Prezidentin mətbuat xidmətindən açıqlama

22 May 2013 14:11 (UTC+04:00)


Prezidentin mətbuat katibi Azər Qasımov açıqlamasında xəbəri təkzib edərək, onlarda belə bir məlumatın olmadığını deyib.
"Bizə belə bir məlumat yoxdur"-deyə A.Qasımov bildirib.

Qeyd edək ki, Ermənistanın bir sıra KİV-lərinin yaydığı məlumata görə, iyunun 12-də Azərbaycan və Ermənistan prezidentlərinin Zalsburqda görüşü planlaşdırılır.

"12 iyunda İlham Əliyev və Serj Sərkisyanın çoxdan gözlənilən görüşünün baş tutacağı istisna edilmir. ATƏT-ə hazırda sədrlik edən Ukrayna bu görüşü öz ərazisində keçirmək istəsə də, görüş Zalsburqda baş tutacaq"-deyə erməni KİV-ləri məlumat yayıb. (modern.az)


AzNews.az