Belarus Rusiyanın tərkibinə daxil olmayacaq

5 Dekabr 2019 13:48 (UTC+04:00)

“Biz heç vaxt başqa bir dövlətin, hətta qardaş Rusiyanın tərkibinə daxil olmağa hazırlaşmamışıq və hazırlaşmırıq”.

“BelTA”ya istinadən xəbər verilir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko dekabrın 5-də ölkə parlamentinə müraciətində bildirib.

Onun sözlərinə görə, Belarus hakimiyyəti ölkənin müstəqilliyi və suverenliyini təhvil verməyə hazırlaşmır. (Report)

AzNews.az