Uşaq Teatrında yeni tamaşa: "Ballı"

5 Dekabr 2019 14:22 (UTC+04:00)

Bakı Uşaq Teatrında yeni tamaşa nümayiş olunacaq.

AzNews.az xəbər verir ki, “Ballı” adlı tamaşa Əməkdar artisti İntiqam Soltanın və Mehman Piriyevin quruluşunda təqdim olunacaq.

Arzu Soltan bu tamaşanı analara və oğullara ithaf edib.

“III eksperimental tamaşalar 2+1” festivalı çərçivəsində hazırlanan tamaşa dekabrın 8-i saat 14.00-da Aktyorlar Evində nümayiş olunacaq.

Tamaşada rolları Flora Hüseynova, Sənan Fərzəliyev, Toğrul İsabəyli ifa edirlər.

Bahar RÜSTƏMLİ

AzNews.az