Hələbdə partlayış: 5 türk əsgəri şəhid oldu

5 Dekabr 2019 15:05 (UTC+04:00)

Suriyanın Hələb şəhərinin Cerablus qəsəbəsində bomba quraşdırılmış maşının partladılması nəticəsində 5 türk əsgəri şəhid olub.

Bu məlumatı Suriyanın SANA agentliyi yayıb.

Məlumata əsasən, avtomobil yanından türk əsgərlərinin konvoyu keçən zaman partladılıb.

Partlayış nəticəsində daha 12 türk əsgəri yaralanıb, yaralılar Türkiyə ərazisindəki hospitala yerləşdirilib. (Axar.az)

AzNews.az