Müğənni Aynur Dadaşovanın bacısı Günel ATV telekanalında yayımlanan Şou ATV verilişində olub.
AzNews.az xəbər verir ki, müğənni efirdə bacısının xərçəng xəstəsi olduğunu açıqlayıb. Müğənninin sözlərinə görə, Günel müalicədən imtina edir:
"O, hər yerə mənimlə gedir. Həkimlərin dediyi bütün müalicə vastələrindən imtina edir. Saçları uzun olduğu üçün kimya terapiya da istəmir".
Günel efirdə hər kəsi göz yaşlarına boğub. Aparıcı Nanə onu müalicə olunmağa dəvət edib.
Aynur
AzNews.az