Nazir bu polkovniki əvvəlki vəzifəsinə qaytardı

5 Dekabr 2019 15:58 (UTC+04:00)

Daxili işlər orqanlarında yeni təyinat olub.

Quba Regional Pasport Qeydiyyat İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Hidayət Babayev vəzifəsindən azad edilərək Qusar Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, H.Babayev 2017-ci ilə qədər Qusar Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

AzNews.az