“Trampın impiçmenti siyasi məqsəd daşımır” - Nensi Pelosi

5 Dekabr 2019 22:30 (UTC+04:00)

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi iddia edib ki, demokratların prezident Donald Trampın impiçmentini elan etmək cəhdlərinin siyasətlə heç bir əlaqəsi yoxdur.

Bu barədə RİA "Novosti" bildirib.

"Bunun siyasətlə heç bir əlaqəsi yoxdur. Bu, siyasətə, partiyalılığa, demokratlara və respublikaçılara aid deyil. Bu, ABŞ konstitusiyasına aiddir", - deyə Pelosi mətbuat konfransında bildirib.

"Təəssüf edirəm ki, prezident qətiyyən banilərin (ABŞ konstitusiyasının müəllifləri - red) konsepsiyasına diqqət yetirmədən belə zərurət yaratdı", - Nümayəndələr Palatasının spikeri əlavə edib.

Onun sözlərinə görə, demokratlar "əsla şad deyillər", əksinə, impiçment prosesini aparmaq ehtiyacından çox məyusdurlar. "Amma bizim seçimimiz yoxdur", - Pelosi qeyd edib.(report.az)

AzNews.az