Tramp Səudiyyə Ərəbistanı ilə bağlı yayılmış xəbərləri təkzib etdi

6 Dekabr 2019 09:52 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına 12 min hərbçini göndərməyəcəyini bildirib.

AzNews.az-ın məlumatına əsasən, bu barədə Amerika lideri özünün “Twitter” səhifəsində yazıb.

“Bizim Səudiyyə Ərəbistanına 12 min hərbçi yollayacağımızla bağlı bu günlərdə yayılmış xəbərlər yalandır və ya daha dəqiq desək, feyk xəbərlərdir!” – deyə Tramp yazıb.

Xatırladaq ki, bir müddət öncə “Fox News” bildirmişdi ki, Pentaqon Yaxın Şərqə İranla qarşıdurma üçün 7 minə qədər hərbçi yollaya bilər.

AzNews.az