Gələn ilin rəngi bu olacaq

6 Dekabr 2019 10:30 (UTC+04:00)

Hər ilin rəngini müəyyənləşdirən “Pantone” institutu 2020-ci ilin rənginin "klassik mavi"olduğunu açıqlayıb.

Sakitliyin rəmzi olan klassik mavi rəngi dünyada etimad və istiqamət duyğusuna ehtiyac olduğunu bildirir. Həmçinin qeyd edilib ki, ilin rəngi mədəni və iqtisadi dəyişikliklərə əsasən müəyyən edilir.

AzNews.az türk mətbuatına istinadən məlumat verir ki, 2000-ci ildən bəri hər il həmin ili izah edən rəngi seçən “Pantone” Rəng İnstitutunun alimləri mavinin rahatlıq verən biz təsiri olduğunu bildiriblər.

“Pantone” tərəfindən verilən açıqlamada deyilir: “Sadəliyi ilə son dərəcə seçilən, zərif olan klassik mavi güvənverici təsirləri sayəsində etibarlı və sabit bir təməl yaratmaq istəyimizi vurğulayır”.

Bir yandan da mavi rəngin “güvən” mənası daşıdığı üçün bir çox markalar onu loqo olaraq seçib.

Əksər bankların rəngi də bu səbəbdən mavidir. ”Facebook” istifadəçilərinin şəxsi məlumatlarının güvəndə olduğunu bildirmək üçün məhz mavi rəngi seçdiyi məlum olub.

Səidə Vahid

AzNews.az