Aİ bu kriptovalyutalara qadağa qoydu

6 Dekabr 2019 10:58 (UTC+04:00)

Avropa İttifaqının maliyyə nazirləri Aİ ərazisində “Facebook Libra” və ya hər hansı digər steyblkoinin dövriyyəsinə qadağa qoymaq qərarına gəlib.

Bu barədə “Bloomberg” məlumat verir.

Nazirlər hesab edirlər ki, yeni ödəmə vasitəsinin yaramasının hansı risklərə gətirib çıxara biləcəyini müəyyən etmək hələ də çətindir.

Bundan savayı, nazirlər iclasın gedişatı zamanı qeyd ediblər ki, kriptovalyutaların Aİ ərazisində dövriyyəsini təzimləyən qanunlar yaradılmalıdır.

Aİ-nin maliyyə məsələləri üzrə komissarı Valdis Dombrovski bildirib ki, müvafiq işlər artıq başlanılıb. Onu sözlərinə əsasən, Brüssel özünün rəqəmsal valyutasını yaradır.