İlin ən məşhur kinoulduzu seçildi – TOP 10

6 Dekabr 2019 11:12 (UTC+04:00)

Hollivud aktrisası Bri Larson 2019-cu ilin ən məşhur aktrisası seçilib.

AzNews.az-ın məlumatına əsasən, bu barədə portalda axtarış sorğuları əsasında artistlərin reytinqini hazırlayan IMDb kinoresursu yazır.

Larson 2015-ci ildə ekran üzü görmüş “Otaq” filmi sayəsində tanınıb. Filmdəki roluna görə, o, ən yaxşı qadın roluna görə “Oskar” mükafatına da layiq görülüb. 2019-cu ildə isə 30 yaşlı aktrisa “Kapitan Marvel” superqəhrəman filmində rol alıb, eləcə də “Qisasçılar: Final” kinolentində çəkilib.

İkinci yerdə “Oğlanlar” serialının ulduzu 25 yaşlı Erin Moriartinin adı çəkilir. Üçüncü pillədə isə “Taxtların oyunu” serialının qəhrəmanı 33 yaşlı Emiliya Klark qərarlaşıb.

Top-10-luğa isə Naomi Skott (“Ələddin”), Dakre Montqomeri (“Çox qəribə işlər”), Zakari Livay (“Şazam!”), Kianu Rivz (“Con Vik 3”), Roza Salazar (“Alita: Döyüş mələyi”), Marqo Robbi (“Bir dəfə...Hollivudda”) və Xoakin Feniks (“Coker”) kimi artistlər daxil edilib.