Lüis Hemiltonun "İnstagram"da reklam postu üçün qazancı açıqlandı

6 Dekabr 2019 12:37 (UTC+04:00)

"Mercedes" pilotu Lüis Hemiltonun "İnstagram"dakı bir reklam postundan qazancı bəlli olub.

"Autospor" nəşri xəbər verir ki, "Formula 1" üzrə 6 qat dünya çempionunun "İnstagram"da 13,2 milyon, "Twitter"də 5.6 milyon, "Facebook"da isə 4,6 milyon izləyicisi var. Bu da digər pilotlardan daha çoxdur.

Britaniyalı sürücünün "İnstagram"da bir reklam postunun məbləği təqribən 40 min funt sterlinqdir (89 min AZN).

Qeyd edək ki, daha öncə “McLaren”in heyətində yer almış Lüis Hemilton 2013-cü ildən “Mercedes”də çıxış edir. (report)

AzNews.az