Ağdamda keçmiş məhkum həmyerlisinə atəş açdı

6 Dekabr 2019 12:43 (UTC+04:00)

Ağdam rayonunun Yüzbaşılı kəndində yaşayan, əvvəllər məhkum olunmuş C.İsmayılovun həyətinə gəlmiş şəhər sakini O.Məmmədovla aralarında baş vermiş münaqişə zamanı C.İsmayılovun tüfəngdən açdığı atəşlə O.Məmmədova xəsarət yetirməsi barədə dekabrın 5-də DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Bu barədə nazirliyinin mətbuat xidmətindən AzNews.az-a daxil olmuş məlumatda deyilir.

Xəsarət almış O.Məmmədov xəstəxanaya yerləşdirilib.

Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.İsmayılov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.