Keniyada bina çöküb, 2 nəfər ölüb

6 Dekabr 2019 15:17 (UTC+04:00)

Keniyada altı mərtəbəli bina çöküb.

Paytaxt Nayrobidə altı mərtəbəli binanın çökməsi nəticəsində 2 nəfər həyatını itirib.

Çox sayda insanın dağıntılar altında qaldığı bildirilir.

Əraziyə xilasetmə qüvvələri cəlb edilib. (APA)