BDU-nun yeni yataqxanasının fotosu yayıldı

6 Dekabr 2019 17:25 (UTC+04:00)

Bakı Dövlət Universitetinin yeni tələbə yataqxanasının fotosu yayılıb.

Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat paylaşıb. O bildirib ki, son tamamlama işlərindən sonra yeni əzəmətli yataqxana tələbələrin ixtiyarına veriləcək.

K.Əsədov Yasamal rayonu Zahid Xəlilov küçəsi 23 ünvanında yerləşən yeni yataqxananın adının “Tələbə evi” olduğunu söyləyib.

Qeyd edək ki, noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında 3 tələbə qız zəhərlənmiş, onlardan biri dünyasını dəyişmişdi. Bundan sonra Universitetin yataqxanasının baxımsız vəziyyətdə olması uzun müddət müzakirə edilmişdi.

Hazırda BDU yataqxanalarının təmir və ya yenidən tikilməsi prosesi gedir.