24 yaşlı gənc dəm qazından boğuldu

6 Dekabr 2019 20:01 (UTC+04:00)

Sumqayıt sakini dəm qazından boğulub.

Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Ağayev Ağasahib Elşad oğlu hamam otağında dəm qazından boğularaq ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az