Cəlilabadda 19 yaşlı gənc döyüldü

6 Dekabr 2019 21:46 (UTC+04:00)

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Sadıqov Sadiq Rövşən oğlu naməlum şəxs tərəfindən küt alətlə döyülüb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az