On iki mərtəbəli binada partlayış - 5 nəfər öldü

6 Dekabr 2019 21:59 (UTC+04:00)

Slovakiyanın şərqindəki Presov şəhərində yerləşən on iki mərtəbəli yaşayış binasında qaz partlayışı baş verib.

“Reuters”in verdiyi xəbərə görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, çox sayda yaralı var.

Hadisə yerinə cəlb olunan xilasedicilərin səyi nəticəsində binadakı digər sakinləri xilas etmək mümkün olub .

Presov şəhərinin meri Andrea Turkanova hadisəni şəhərin tarixindəki ən böyük faciə adlandırıb.(apa.az)

AzNews.az