54 yaşlı kişini maşın vurub qaçdı

6 Dekabr 2019 22:50 (UTC+04:00)

Bakıda orta yaşlı kişi naməlum avtomobillə vurulub.

Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Mehdiyev Həbib Əsgər oğlu Nizami rayonu, B.Nuriyev küçəsi 15 ünvanının qarşısında olarkən həmin ərazidə hərəkətdə olan naməlum avtomobil onu vuraraq hadisə yerindən qaçıb.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az