Füzuli rayon sakini kəsdiyi ağacın altında qalaraq xəsarət alıb

7 Dekabr 2019 02:32 (UTC+04:00)

Füzuli rayonunda 50 yaşlı kişi ağac kəsərkən ağacın altında qalıb.

50 yaşlı Tərxan Mehtiyev həyətyanı sahədə ağac kəsərkən ağac onun üzərinə aşıb.

Yaralı ağır vəziyyətdə Bakıdakı xəstəxanaların birinə çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır. (apa)

AzNews.az