BMT-nin baş katibi insan hüquqları üzrə köməkçisini dəyişib

7 Dekabr 2019 03:26 (UTC+04:00)

BMT-nin baş katibi Antoniu Quterreş insan hüquqları üzrə köməkçisi Endryu Gilmoru vəzifəsindən azad edib.

RİA “Novosti” xəbər verir ki, bu barədə Baş katibin mətbuat katibi Stefan Dyujarrik bildirib.

Onun sözlərinə görə, Endryu Gilmoru Latviyadan olan İlze Brands-Kehris əvəz edəcək.

O, qeyd edib ki, BMT-nin baş katibi Endryu Gilmora uzun illərdir təşkilata verdiyi töhfələrə görə dərin təşəkkür edib.