Bağdadda naməlum silahlılar azı 16 aksiya iştirakçısını öldürüb

7 Dekabr 2019 04:15 (UTC+04:00)

Bağdadda naməlum silahlıların etirazçılara qarşı silahlı hücumu nəticəsində azı 16 aksiya iştirakçısı ölüb, 30-dan çox insan isə yaralanıb.

“TASS” xəbər verir ki, bu barədə cümə günü “Al Arabiya” məlumat yayıb.

Məlumata görə, mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilyani meydanına qədər gələrək oradakı etirazçılara atəş açıblar. Rəsmi mənbələr 7 nəfərin öldüyünü və 30-a yaxın yaralının olduğunu bildirib. Təxribatın arxasında kimin dayandığı hələlik məlum deyil.

“Al Arabiya”nın məlumatına görə, etirazçılar ordunu baş verənlərə müdaxiləyə və onları müdafiə etməyə çağırıb.

Buna qədər “Reuters” agentliyi 6 nəfərin ölməsi barədə xəbər vermişdi. Bildirilirdi ki, hadisə Bağdadın mərkəzindəki Təhrir meydanında baş verib. (apa)

AzNews.az