Qəbələdə ağır yol-nəqliyyət qəzası - ölən var

7 Dekabr 2019 06:30 (UTC+04:00)

Qəbələ rayonununda iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, Qəbələ rayonunun Savalan kəndində “Seat” və “VAZ” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri deformasiyaya uğrayan “VAZ” markalı avtomobildən 1981-ci il təvəllüdlü Nəsirov Xəqani Əlövsət oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. ​

AzNews.az