Şahmatçımız Avropa çempionatında gümüş medal qazandı

7 Dekabr 2019 10:07 (UTC+04:00)

Estoniyanın paytaxtı Tallində rapid üzrə Avropa çempionatında şahmatçımız uğurla çıxış edib.

Ölkəmizi qitə çempionatında təmsil edən Rauf Məmmədov 10,5 xal toplayaraq gümüş medal qazanıb. Digər şahmatçımız Qədir Hüseynov isə 10 xalla 7-ci sırada qərarlaşıb.

İki gün davam edən turnirdə 34 ölkədən 474 şahmatçı iştirak edib.

AzNews.az