Morales Kubaya getdi

7 Dekabr 2019 11:30 (UTC+04:00)

Boliviya Prezidenti Evo Morales Meksikadan Kubaya uçub.

Bu barədə məlumatı öz Tvitter səhifəsində Meksika Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Roberto Velasko paylaşıb. O, Moralesin səfərinin müvəqqəti olduğunu bildirib.

“RİA Novosti” agentliyi isə Moralesin Kubaya tibbi konsultasiyalar üçün getməsinə dair məlumat yayıb. (Axar.az)

AzNews.az