Seçkilərin təqvim planı hazırdır, bu gün təsdiqlənəcək - Məzahir Pənahov

7 Dekabr 2019 12:03 (UTC+04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı təsdiq ediləcək.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, təqvim planı artıq hazırdır: “Təqvim planı layihəsi mənim əlimdədir. Burada bütün məqam və müddəalar tam göstərilib. Hesab edirəm ki, dekabrın 8-də bizim təqvim planı dövri nəşrlərdə dərc olunduqdan sonra artıq rəsmi status alacaq. Bundan sonra da bütün fəaliyyətlər sistemli şəkildə həyata keçiriləcək”.

AzNews.az