Şahin Mustafayevə yeni vəzifə verildi

7 Dekabr 2019 17:24 (UTC+04:00)

Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişiklik edib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarla Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası sədri təyin edilib.

AzNews.az