ABŞ və İran girov mübadiləsi həyata keçirdi

7 Dekabr 2019 21:13 (UTC+04:00)

Vaşinqton və Tehran girov mübadiləsi həyata keçirib.

Bu barədə "İnterfaks" xəbər verir.

Məlumata görə, ABŞ 2018-ci ilin oktyabrında Birləşmiş Ştatların Minnesota ştatında FTB əməkdaşları tərəfindən ittiham irəli sürülmədən saxlanılan iranlı alim Məsud Suleymanini verib və İrandan 2016-cı ildə casusuluqda şübhəli bilinərək saxlanılan amerikalı tələbə Syue Vanı alıb.

Faktı rəsmi Vaşinqton da təsdiq edib.(report.az)

AzNews.az