Ağır qəzada 12 piyada yaralandı - Biri öldü

7 Dekabr 2019 21:51 (UTC+04:00)

Rusiyanın Nijnı Novqorod şəhərində dörd avtomobilin toqquşması 12 nəfərin xəsarət alması ilə nəticələnib.

“TASS” xəbər verir ki, baş verən zəncirvari qəzada idarəetməni itirən avtomobillərdən biri yolun kənarında dayanan şagirdlərin üzərinə sürüb. Nəticədə 9 yeniyetmə və onları teatra aparan üç şəxs xəsarət alıb.

Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Şəhərin səhiyyə xidmətindən verilən məlumata görə, şagirdlərdən ciddi xəsarət alan olmasa da onları müşayət edən şəxslərdən biri dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az