Millimizin oyunlarının başlama vaxtı açıqlandı

7 Dekabr 2019 22:46 (UTC+04:00)

DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin yer aldığı C qrupunun oyunlarının başlama vaxtı açıqlanıb.

AFFA xəbər verir ki, bütün görüşlər Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək.

29 yanvar

Saat 20:00 Rusiya - Slovakiya

Saat 23:00 Xorvatiya – Azərbaycan

30 yanvar

Saat 20:00 Azərbaycan – Rusiya

Saat 23:00 Xorvatiya – Slovakiya

1 fevral

Saat 20:00 Slovakiya – Azərbaycan

Saat 23:00 Rusiya – Xorvatiya

Qeyd edək ki, qrup qalibiləri final mərhələsinə yüksələcək. İkinci pilləni tutacaq komandalar pley-off oyunlarında üz-üzə gələcəklər.

AzNews.az