36 yaşlı bombardirlə yeni müqavilə imzalandı

7 Dekabr 2019 23:23 (UTC+04:00)

İtaliyanın “Sampdoriya” klubu futbolçusu Fabio Kvalyarella ilə yeni müqavilə imzalayıb.

36 yaşlı hücumçu 2021-ci ilin yayına qədər Genuya klubunda çıxış edəcək.

F.Kvalyarella ötən mövsüm 26 qolla A seriyasının bombardiri olub.

O, karyerasını davam etdirənlər arasında oyun sayında çempionatın rekordçudur.

Qeyd edək ki, forvard 2016-cı ildən “Sampdoriya”da oynayır.(apasport.az)

AzNews.az