Qonşu ölkədə yeni pilotsuz uçuş aparatı təqdim edildi

8 Dekabr 2019 00:00 (UTC+04:00)

İranda yeni "Simorgh" pilotsuz uçuş aparatı təqdim olunub.

Bu barədə "Tasnim" agentliyi bildirib.

Məlumata əsasən, aparatın təqdimat mərasimi ölkənin cənub-şərqindəki Konarak şəhərində İran Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Hüseyin Xanzadinin iştirakı ilə keçirilib.

Bildirilib ki, yeni dronun uçuş müddəti 24 saata qədər təşkil edə bilər. O döyüş, taktiki və kəşfiyyat əməliyyatlarında istifadə edilə bilər.(trend.az)

AzNews.az