İranda uranın zənginləşdirilməsi üçün yeni sentrifuqalar təqdim ediləcək

8 Dekabr 2019 07:30 (UTC+04:00)

İran yaxın gələcəkdə uranın zənginləşdirilməsi üçün yeni nəsil sentrifuqalar təqdim edəcək.

Bu barədə "Reuters" agentliyi yerli televiziyaya istinadən bildirib.

İran Atom Enerjisi Təşkilatı rəhbərinin müavini Əli Əsgər Zarean bildirib ki, yaxın gələcəkdə İran yeni nəsil yerli istehsalı olan sentrifuqalar təqdim edəcək.

Təşkilat rəsmisi əlavə məlumat verməyib. (trend)

AzNews.az