Ukraynada matəm elan olundu

8 Dekabr 2019 09:27 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski 8 dekabr tarixini Odessa İqtisadi Kollesində yanğın zamanı baş verən itkilərə görə matəm günü elan edib.

Bu barədə Prezidentin saytında məlumat yerləşdirilib.

Prezidentin qərarı ilə ölkə ərazisində dövlət bayraqları endiriləcək, konsert və digər tədbirlər təxirə salınacaq, radio və televiziya proqramlarında da müfaviq dəyişiklik ediləcək.

Qeyd edək ki, 4 dekabrda Odessa İqtisadi Kollecində yanğın baş verib. Yanğın zamanı 8 nəfər ölüb, 32 nəfər yaralanıb.

Polis yanğının baş verməsində iki nəfərin şübhəli olduğunu açıqlayıb. (axar.az)

AzNews.az