İnsanın qocalması bir neçə mərhələdə baş verir.
Stenford Universitetinin alimləri bu qənaətə gəliblər.
Alimlər 18 yaşdan 95 yaşa qədər olan 4263 nəfərin plazma zülallarını təhlil ediblər və onların quruluşlarında qeyri-xətti dəyişikliklər tapıblar.
Onlar qan plazması zülallarındakı əsas dəyişikliklərin şərti olaraq üç mərhələdə baş verdiyi qənaətinə gəliblər: 34, 60 və 78 yaşlarında.
Kəşfin yaşla əlaqəli xəstəliklərə qarşı daha effektiv mübarizə aparmağa imkan verəcəyi qeyd olunur. (axar.az)
AzNews.az