Obama kirayə qaldığı evi bu qiymətə satın aldı

8 Dekabr 2019 11:50 (UTC+04:00)

ABŞ-ın 44-cü prezidenti Barak Obama və ailəsi kirayə qaldıqları evi satın alıblar.

11,75 milyon dollar dəyərində olan evin yeddi yataq otağı, səkkiz vanna otağı və okean mənzərəsi var.

Malikanə 2001-ci ildə inşa edilib.

Qeyd edək ki, Obama ailəsinin Çikaqo və Vaşinqtonda da evləri var. (Axşam.az)

AzNews.az