34 yaşlı siyasətçi qadın bu ölkənin yeni Baş naziri olacaq

9 Dekabr 2019 08:44 (UTC+04:00)

Finlandiyanın yeni Baş naziri 34 yaşlı Sanna Marin olacaq.

Finlandiya KİV-lərinə istinadən xəbər verilir ki, sosial Demokratlar Partiyasının Partiya Komissarları Şurası təcili iclasda ölkənin yeni Baş naziri vəzifəsinə Sanna Marini 32-29 səs çoxluğu ilə seçib.

Hökumətin yeni başçısı bundan əvvəl nəqliyyat və rabitə naziri vəzifəsində çalışıb. Seçkilərdə Sanna Marinin əsas rəqibi parlament fraksiyasının sədri Antti Lindtman olub.

Qeyd etmək lazımdır ki, 34 yaşlı Sanna Marin dünyanın ən gənc Baş naziri olacaq və tarixində ilk dəfə Finlandiya “Qadınlar beşliyi” tərəfindən idarə ediləcək çünki bütün digər hakim partiyaların liderləri də qadınlardan ibarətdir.

Bundan sonra, Sosial Demokratlar partiyasının idarəetmə orqanları partiyanın nazirlər qrupundakı digər yerdəyişmələrə dair qərar verəcəkdir. Öz növbəsində Finlandiya parlamentində yeni Baş nazirin təyinatına güvənməsinə dar səsvermənin yaxın günlərdə keçirilməsi gözlənilir. Bundan sonra ölkənin prezidenti yeni hökuməti təyin edəcək.

Xatırladaq ki, keçən həftə Finlandiyanın Baş naziri Antti Rinne öz vəzifəsindən istefa verib. Baş nazirin istefası ölkəni idarə edən partiya koalisiyasının içində böhran səbəbindən baş verib.

AzNews.az