Kainat gözəli seçildi - FOTO/VİDEO

9 Dekabr 2019 09:58 (UTC+04:00)

“Miss Kainat-2019” beynəlxalq gözəllik müsabiqəsinin qalibi müəyyənləşib.

AzNews.az-ın yarışmanın saytına istinadən verdiyi məlumata əsasən, Cənubi Afrika Respublikasının təmsilçisi Zozibini Tuntsi bütün rəqiblərini üstələyərək, “kainat gözəli” tituluna layiq görülüb.

Qeyd edilir ki, 26 yaşlı Tuntsi qadın üzərində zorakılığa qarşı mübarizədə aktiv iştirak edir və gender stereotiplərinə qarşı çıxış edir.

İkinci yeri Puerto-Riko gözəli Medison Anderson, üçüncü yeri isə Meksika nümayəndəsi Sofiya Araqon tutub.

AzNews.az